Bütün xəbərlər
İki rusiyalı idmançı meldoniumun bədənlərinə inək südü ilə daxil olduğunu sübut edib
Tarix: 09-08-2025 17:33 | Bölmə: Karusel

İki rusiyalı idmançı antidopinq qaydalarını pozduğuna görə cəzadan yayına bilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Rusiya Antidopinq Agentliyinin (RUSADA) nəticələrin emalı şöbəsinin rəhbəri Valeriya German deyib.
Meldonium 2016-cı il yanvarın 1-dən Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan olunmuş maddələr siyahısındadır.İlk aylarda 300-ə yaxın rusiyalı idmançının dopinq testi müsbət çıxıb.
"İdmançılar çox güman ki, tərkibində meldonium olan baytarlıq preparatı yeridilmiş inəkdən alınan külli miqdarda süd istehlak etdiklərini sübut edə biliblər. Bunlar bizim təcrübəmizdə nadir hallardır, iki hal sübut olunub. Lakin bunlar hələ də nadir hallardır", - German maarifləndirici seminarda deyib. Onun sözlərini TASS sitat gətirir.
Bundan əvvəl rusiyalı üzgüçü Aleksandr Efimov meldoniumdan istifadə etdiyinə görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. Diskvalifikasiya 5 may 2025-ci ildə başlayır.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər