19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Putin avqustun sonunda Hindistanda olacaq
Tarix: 07-08-2025 13:41 | Bölmə: Karusel

Hindistanın baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval bildirib ki, Hindistan avqustun sonunda Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşdə Doval Hindistan və Rusiyanın çox yaxşı münasibətlər qurmasının vacibliyini qeyd edib. O əlavə edib ki, Hindistan tərəfi iki ölkə arasında strateji tərəfdaşlığı yüksək qiymətləndirir.
“Prezident Putinin avqustun sonuna planlaşdırılan ölkəmizə səfəri barədə məlumat almaqdan şad olduq”, - RİA Novosti Hindistan baş nazirinin müşavirinin sözlərindən sitat gətirib.
“Times Now” telekanalı ABŞ-ın artan təzyiqləri fonunda Dovalın Rusiya və Hindistan arasında ikitərəfli münasibətləri gücləndirmək üçün Rusiya paytaxtına səfər edəcəyini bildirib. Onun ardınca Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Moskvaya gələcək.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər