19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Məcburi eniş edən təyyarədə tüstü izləri tapılıb
Tarix: 07-08-2025 13:33 | Bölmə: Karusel

Daha əvvəl Moskva-Soçi reysi zamanı Həştərxanda məcburi eniş etmiş Ural Hava Yollarına məxsus "Airbus A321" təyyarəsinin baqaj hissəsində tüstü izləri aşkar edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA Novosti agentliyi aviadaşıyıcının nümayəndələrinə istinadən məlumat yayıb. Qeyd olunur ki, hazırda sərnişinlər üçün ehtiyat təyyarə hazırlanır.
Daha əvvəl bildirilmişdi ki, "Airbus A321"in ekipajı təyyarədə həyəcan siqnalı işə salındıqdan sonra uçuşu dayandıraraq Həştərxandakı alternativ aerodroma yollanmaq qərarına gəlib.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər