19:18 / 06-08-2025
Mamont dişi tapılıb
Bütün xəbərlər
Qazaxıstan AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yekun hesabatın hazırlandığını açıqlayıb
Tarix: 07-08-2025 13:17 | Bölmə: Karusel


Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı yekun hesabat tezliklə hazırlanacaq.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev məlumat verib.
O bildirib ki, istintaqın təhlili mərhələsi başa çatmaq üzrədir və yekun hesabatın hazırlanması mərhələsinə keçir.
NUR.KZ agentliyi onun sözlərini sitat gətirir: "Düşünürəm ki, səbr etmək lazımdır, yekun hesabat bir neçə aya hazır olacaq".
Baş nazirin müavini qeyd edib ki, işlərdə müxtəlif ölkələrdən beynəlxalq ekspertlər iştirak edir, avadanlıqların bir qismi ekspertiza üçün hələ də xaricdədir. Yaxın vaxtlarda Qazaxıstana qaytarılmalıdır.
Həmçinin fəlakət və mümkün səbəblərdən danışan Bozumbayev bu məsələni siyasiləşdirmək istəmədiyini vurğulayıb.
Təyyarə 2024-cü il dekabrın 25-də Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarə Bakıdan Qroznıya uçurdu. Təyyarə qəzası nəticəsində 38 nəfər həlak olub. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olub.



Baxış sayı: 37


Bölməyə aid digər xəbərlər