21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Rusiyadan Gürcüstana deportasiya edilən ukraynalılar aclıq aksiyası elan ediblər
Tarix: 06-08-2025 13:19 | Bölmə: Karusel

Gürcüstanın “İmedi” telekanalı xəbər verir ki, Rusiyadan deportasiya edilən Ukrayna vətəndaşları Kazbegi gömrük-keçid məntəqəsində aclıq aksiyası elan ediblər.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  deportasiya edilən ukraynalılar Ukrayna tərəfindən onlara diqqət yetirməyi və öz vətənlərinə qayıtmalarına icazə vermələrini tələb edirlər. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, Ukrayna vətəndaşlarının Gürcüstan tərəfinə qarşı heç bir iddiası yoxdur.
Müxtəlif mənbələrə görə, Rusiya-Gürcüstan sərhədində 80-dən 90-a qədər Ukrayna vətəndaşı var. Əvvəlcə 5 nəfər aclıq aksiyası keçirirdisə, sonradan onların sayı 15-ə çatıb.
Problem bir neçə ay əvvəl onların şəxsiyyətini təsdiq edən və Gürcüstana girişə icazə verən sənədlərin olmaması səbəbindən yaranıb. Deportasiya olunanlar arasında əvvəllər xüsusilə ağır cinayətlərə görə cəza çəkmiş şəxslər, həmçinin vərəm xəstələri də var. Gürcüstan tərəfi hesab edir ki, onların mövcudluğu cəmiyyət üçün təhlükə yarada bilər.
Ukrayna tərəfinə öz vətəndaşlarının təxliyyəsi üçün bir neçə variant təklif edilib, lakin hələlik razılıq əldə olunmayıb.
Bu il iyulun əvvəlində Moldovanın Rusiyadan Gürcüstana deportasiya edilən ukraynalılar üçün tranzitini bağladığı da məlum olub.



Baxış sayı: 155


Bölməyə aid digər xəbərlər