Bütün xəbərlər
Putin Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoffu qəbul edib
Tarix: 06-08-2025 13:16 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putin avqustun 6-da Kremldə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkovu qəbul edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Uitkoff Moskvaya çərşənbə günü, avqustun 6-da səhər tezdən gəlib. Hava limanında ABŞ prezidentinin xüsusi nümayəndəsini Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, Prezidentin xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
Daha sonra amerikalı qonaq Dmitriyevin müşayiəti ilə paytaxtın Zaryadye parkında gəzintiyə çıxıb.
Uitkoff sonuncu dəfə aprelin 25-də Moskvaya gəlmişdi. Daha sonra Putinlə də görüşdü.



Baxış sayı: 127


Bölməyə aid digər xəbərlər