Bütün xəbərlər
Rusiyanın Kubadakı səfirliyinə turistlərin balıqdan zəhərlənməsi ilə bağlı heç bir şikayət daxil olmayıb
Tarix: 05-08-2025 18:30 | Bölmə: Karusel

Rusiyanın Kubadakı səfirliyinə turistlərin balıqdan zəhərlənməsi ilə bağlı heç bir şikayət daxil olmayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya səfirliyi və Kubadakı Baş Konsulluğuna Kubanın Varadero kurortunda yerləşən oteldə dəniz məhsulları və balıqların kütləvi zəhərlənməsi ilə bağlı ruslardan heç bir şikayət daxil olmayıb.
Bu barədə diplomatik nümayəndəlikdən məlumat verilib.
“Hazırda nə Səfirliyə, nə də Baş Konsulluğa Rusiya vətəndaşlarından Varadero kurort şəhərindəki otellərdən birində baş vermiş kütləvi zəhərlənmə ilə bağlı heç bir şikayət daxil olmayıb”, - onlar TASS müxbirinə bildiriblər.
Həmçinin qeyd olunur ki, konsulluq əməkdaşının əlaqə saxladığı “Iberostar Selection Hotel” hazırda zəhərlənmə faktını təsdiqləməyib.
Yerli hakimiyyət hələlik bu mövzuya münasibət bildirməyib.
Bundan əvvəl SHOT Telegram kanalı Rusiyadan gələn onlarla turistin Iberostar Selection Varadero otelində qırmızı balıq və krevetdən zəhərləndiyini bildirib.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər