Bütün xəbərlər
Pedofiliyaya görə məhkum olunmuş 87 yaşlı məşqçi azadlığa buraxılıb
Tarix: 05-08-2025 18:18 | Bölmə: Karusel

Səmti müəyyən etmə üzrə SSRİ-nin əməkdar idman ustası Nikolay Rajev iki il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkdikdən sonra azadlığa buraxılıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, məşqçi pedofiliyada təqsirli bilinib.
Veteranlar arasında stolüstü tennis üzrə 87 yaşlı Rusiya çempionu, ittiham tərəfinin dediyinə görə, 11 yaşlı şagirdini qucağına oturdub və intim yerlərdə ona toxunub. Rajev özü israr edirdi ki, qız anasının icazəsi olmadan məşq etməyə icazə vermədiyi üçün ondan inciyib.
Həmin vaxt digər uşaqlardan heç biri uşağın sözlərini təsdiqləməyib. Dünya çempionatının mükafatçısının tələbələri hətta onun müdafiəsi üçün bütöv bir piket də təşkil ediblər. Bununla belə, kişi günahkar bilinib.
"E1.ru"ya ailəyə yaxın mənbə deyib: "O, müddətini tam çəkdi və bu gün başa çatdı, azadlığa çıxdı. O, yaxşı vəziyyətdədir".
Nikolay Rajev 2023-cü ilin oktyabrında ciddi rejimli cəzaçəkmə müəssisəsində iki il müddətinə azadlıqdan məhrum edilib.



Baxış sayı: 24


Bölməyə aid digər xəbərlər