Bütün xəbərlər
Uşaqları qıza təcavüz edən miqrantlar deportasiya ediləcək
Tarix: 04-08-2025 21:35 | Bölmə: Karusel

Azyaşlı uşaqları Kaluqa vilayətinin Borovski rayonunun azyaşlı sakininə qarşı seksual xarakterli hərəkətlər etmiş miqrantlar deportasiya ediləcək.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  Kaluqa vilayətinin İstintaq Komitəsinin məlumatına görə, valideynlərdən biri Rusiya vətəndaşlığından məhrum ediləcək.
Daha əvvəl məlum olmuşdu ki, Tacikistan vətəndaşlarının 9 və 11 yaşlı övladları balaca qıza təcavüz edib. Həmçinin məlum olub ki, müttəhimlərin valideynləri müəyyən edilmiş qalma qaydalarını pozaraq Kaluqa vilayətində olublar.
Azyaşlılardan birinin əvvəllər də təhsil müəssisəsində məktəbli qıza təcavüz etdiyi dəqiqləşdirilib.
Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslər yetkinlik yaşına çatmayanların müvəqqəti saxlanma təcridxanasına yerləşdirilib.
"Cinayət işi üzrə təqsirləndirilən şəxslərin 4 qanuni nümayəndəsinə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 156-cı maddəsi (yetkinlik yaşına çatmayan uşağın tərbiyəsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) ilə cinayət işi araşdırılır. Onların deportasiya edilməsi barədə qərar qəbul edilib", - idarədən qeyd ediblər.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin istintaqı nəzarətə götürüb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər