Bütün xəbərlər
Polşa kəşfiyyat xidmətləri bir ukraynalının ölkənin şimalında təxribat törətməkdə şübhəli bilir
Tarix: 03-08-2025 21:19 | Bölmə: Karusel

Polşa xüsusi xidmət orqanları Ukrayna vətəndaşı İqor Q.-nin ölkənin qərbində təxribat törətməkdə şübhəli bilinməsini araşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Rzeczpospolita" nəşri məlumat yayıb.
Bundan əvvəl Polşanın Qdansk şəhərinin prokurorluğu bir nəfərin həbsi barədə məlumat vermişdi.
"Sopotda suqəbulediciləri zədələyən 36 yaşlı ukraynalı İqor Q., çox güman ki, bir həftə əvvəl başqa su infrastrukturu obyektinə daxil olub. Bununla belə, onu yoldan keçən biri qorxudub. "Rzeczpospolita"nın məlumatına görə, onun eyni şəxs olduğuna dair bir çox əlamətlər var", - nəşr yazır.
Qeyd edildiyi kimi, saxlanılan şəxs törətdiyi cinayəti qismən etiraf edib.
İyun ayında Böyük Britaniyada təlim keçmiş və Krımın infrastrukturuna qarşı təxribatda iştirak edən ukraynalı diversant haqqında hökm çıxarıldığı bildirilirdi. O, 23 il həbs və 700 min rubl cərimə alıb.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər