Bütün xəbərlər
"Zenit" və ÇSKA futbolçuları RPL-in üçüncü turunda qalibi müəyyən edə bilməyiblər
Tarix: 03-08-2025 21:15 | Bölmə: Karusel

Rusiya Premyer Liqasının 3-cü turunda Sankt-Peterburqun "Zenit"i Moskvanın ÇSKA komandası ilə bərabərə qalıb.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Sankt-Peterburqdakı "Qazprom Arena" meydançasında keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Qarşılaşmada hesabı 33-cü dəqiqədə "ordu adamları"nın braziliyalı hücumçusu Alerrandro açıb. Meydan sahiblərinin heyətində Aleksandr Sobolev 76-cı dəqiqədə penaltini qola çevirib.
Rusiya çempionatının üç oyunundan sonra beş xalla "Zenit" turnir cədvəlində altıncı yeri tutur, ÇSKA isə beş xala malik olmaqla bir pillə aşağıda yerləşir.
Növbəti turda peterburqlular avqustun 9-da səfərdə Qroznının “Axmat” komandası ilə, moskvalılar isə həmin gün Kazanın “Rubin” komandasını qəbul edəcəklər.
Üçüncü turun paralel matçında Artem Dzyubanın qolu Akronu “Spartak”la oyunda (1:1), “Lokomotiv” NN-i (3:2), “Krılya Sovetov” Vadim Rakovun dublu sayəsində “Rostov”u darmadağın edib (4:1), “Krasnodar” “Dinamo”dan (1:0) güclü olub.



Baxış sayı: 29


Bölməyə aid digər xəbərlər