Bütün xəbərlər
Moskva Zooparkının baş direktoru Akulova: "Putinə hədiyyə edilən şimal maralının balası böyüdü"
Tarix: 02-08-2025 15:18 | Bölmə: Karusel

Rusiya prezidenti Vladimir Putinə hədiyyə edilən şimal maralının balası böyüyüb və güclənib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Moskva Zooparkının baş direktoru Svetlana Akulova məlumat verib.
Şimal maralının balası mütəxəssislərin daimi nəzarətindədir, heyvan üçün hər cür rahat şərait yaradılıb.
"Bu gün o, özünü əla hiss edir: onu geniş, yaxşı təchiz olunmuş korpusda saxlayırlar, tam qidalanma və lazımi qayğı göstərilir", - Akulova RİA Novosti-yə müsahibəsində deyib.
Şimal maralının balası indi böyüyüb və qohumlarının yanında yaşayır.
Bundan əvvəl Laos prezidenti Thongloun Sisoulitin Kremldəki danışıqlardan sonra Rusiya liderinə iki fil verəcəyi bildirilirdi.



Baxış sayı: 26


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb