Bütün xəbərlər
"Bavariya"nın qapıçısı Ulreyx altı yaşlı oğlunun ölüm xəbərini verib
Tarix: 01-08-2025 16:56 | Bölmə: Karusel

"Bavariya"nın qapıçısı Sven Ulreyx altı yaşlı oğlu Lenin bir neçə həftə əvvəl dünyasını dəyişdiyini bildirib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, idmançının sözlərinə görə, oğlu uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.
Bundan əlavə, futbolçu ictimaiyyəti və medianı ailəsinin şəxsi məkanına anlayışla yanaşmağa və bu məsələ ilə bağlı əlavə şərh tələb etməkdən çəkinməyə çağırıb.
Ulreyx sosial şəbəkələrdə yazıb: "Qızımızla birlikdə indi addım-addım həyata qayıtmağa çalışırıq".
Ulreyx 2015-ci ilin yayında Ştutqartdan köçərək "Bavariya"nın oyunçusu oldu. Münhen klubunun tərkibində Sven bütün turnirlərdə 103 matçda iştirak edib.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb