Bütün xəbərlər
İqtisadçı Şeyn: "Trampın tarifləri qlobal iqtisadiyyatı dəyişəcək"
Tarix: 01-08-2025 12:19 | Bölmə: Karusel

ABŞ-ın tətbiq etdiyi tariflərdən sonra bütün qlobal iqtisadi vəziyyət dəyişəcək.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu fikri “Rossiya 24” telekanalının efirində Milli Tədqiqat Universitetinin Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin baş elmi işçisi Sergey Şeyn deyib.
Onun fikrincə, ABŞ prezidenti Donald Tramp administrasiyasının tətbiq etdiyi yeni tariflər səbəbindən qlobal iqtisadi vəziyyət əhəmiyyətli dəyişikliklərə məruz qalacaq. Şeyn rekord həddə - 50%-ə çatan Braziliya mallarının tariflərinə xüsusi diqqət yetirib.
"Trampın yeni tariflərinin təhdid etdiyi iqtisadi sistemin geniş miqyaslı yenidən formalaşdırılması nöqteyi-nəzərindən başa düşmək lazımdır ki, əgər indi Braziliyada potensial tərəfdaşların adını çəksək, qaranlıqda atəş açmış olarıq, çünki bu tariflərdən sonra bütün qlobal iqtisadi vəziyyət dəyişəcək", - Şeyn deyib.
İyulun 30-da Ağ Evin mətbuat xidməti Donald Trampın Braziliyadan gətirilən mallara əlavə 40 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı sərəncam imzaladığını və ümumi tarifin 50 faizə çatdırıldığını bildirib.



Baxış sayı: 38


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb