Bütün xəbərlər
24 milyon dollar mənimsəməkdə ifşa olundu
Tarix: 01-08-2025 12:12 | Bölmə: Karusel

Ukrayna Müdafiə Nazirliyinin keçmiş məmuru Ukrayna silahlı qüvvələri üçün məhsulların alınması üçün nəzərdə tutulmuş 1 milyard qrivna (24 milyon dollar) vəsaiti mənimsəməkdə ittiham olunur.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilin yazında cavabdeh Ukrayna Silahlı Qüvvələri (AFU) üçün məhsulların alınması və qoşunlara çatdırılması üçün özəl şirkətlə müqavilə imzalayıb. Eyni zamanda, məhsulların maya dəyəri 41%, hərbçilərin təchizatının təşkili üçün qiymət isə 221% bahalaşıb.
Təqsirləndirilən şəxs müqavilənin bağlanmasını ölkənin Müdafiə Nazirliyinin müvafiq idarələri ilə razılaşdırmayıb və xidmətlərin dəyərinin əsaslılığının düzgün yoxlanılmasını həyata keçirməyib.
"Onun barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsi həll edilir. Cinayətkarı əmlakı müsadirə olunmaqla 12 ilədək həbs cəzası gözləyir", - SBU-nun Telegram-da yaydığı məlumatda deyilir.
İstintaq davam edir.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb