Bütün xəbərlər
Yeni Alanya: Türkiyənin Alanya şəhərində rusiyalı turist avtomobil qəzası keçirərək dünyasını dəyişib
Tarix: 31-07-2025 17:19 | Bölmə: Karusel

Türkiyənin Alanya kurort şəhərində rusiyalı turisti avtomobil vuraraq dünyasını dəyişib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Yeni Alanya” nəşri məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobili vurub qaçmaqda şübhəli bilinən sürücünü saxlayıb.
"Sürücü U.K.-nin idarə etdiyi avtomobil yolu keçmək istəyən 56 yaşlı Anastasiya Starosotskayanı vurub", - nəşr yazır.
Hadisə yerinə gələn həkimlər ilkin tibbi yardım göstəriblər, bundan sonra qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bundan əvvəl Antalyanın kurort şəhəri yaxınlığında avtobusun iştirakı ilə baş verən avtomobil qəzasında Rusiya Federasiyasından olan turistlər xəsarət alıblar.



Baxış sayı: 42


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb