Bütün xəbərlər
Meşə yanğınları ilə bağlı Yakutiyaya əlavə federal ehtiyatlar göndərilib
Tarix: 31-07-2025 17:15 | Bölmə: Karusel

Kifayət qədər yüksək hava temperaturu və meşə yanğınları ilə bağlı vəziyyətin pisləşməsi ilə əlaqədar Yakutiyaya əlavə federal ehtiyatlar göndərilib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rossiya 24” telekanalının efirində “Avialesoohrana” Federal Dövlət Büdcə Qurumunun rəhbəri Aleksey Panov məlumat verib.
Onun sözlərinə görə, bu günə qədər respublikada yanğınların söndürülməsi üçün federal qurumdan 20-dən çox mütəxəssis ayrılıb.
"Hər bir bölgə üçün yanğının dərəcəsi ilə bağlı gündəlik proqnozlar veririk. Yakutiyada bu günə qədər federal ehtiyatdan əlavə 24 nəfər artıq iki yanğına göndərilib. Üstəlik, ehtiyatda daha 46 nəfər var. Vəziyyət pisləşərsə, yanğınların söndürülməsinə qoşulmağa hazır olacağıq", - Panov bildirib.
Regional hökumətin məlumatına görə, Yakutiyada ümumilikdə 23 min hektardan çox ərazini əhatə edən 47 meşə yanğını var.




Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər
29-07-2025, 08:59 Zəlzələ qeydə alınıb