Bütün xəbərlər
Vətəndaşların təhlükəsizliyi üçün mobil internet məhdudlaşdırılıb
Tarix: 29-07-2025 08:44 | Bölmə: Karusel

Krasnoyarskda mobil internetə müvəqqəti məhdudiyyətlər qalmaqdadır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə bağlıdır, Krasnoyarsk diyarının qubernatoru Mixail Kotyukov bildirib.
Mobil internetin işində fasilələr iyulun 26-da axşam saatlarında başlayıb. Şəhər sakinləri xidmət haqqının ödənilməsində problemlərlə üzləşib, ictimai nəqliyyatda terminallar vasitəsilə ödəniş edərkən çətinliklər yaranıb.
İyulun 28-də meriyanın mətbuat xidməti bildirmişdi ki, Krasnoyarskda məşhur ictimai yerlərdə pulsuz Wi-Fi işə salına bilər.
"Hörmətli sakinlər, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və şəbəkə təhdidlərinin qarşısının alınması zərurəti ilə əlaqədar mobil internetin fəaliyyəti məhdudlaşdırılıb", - Kotyukov Telegram kanalında qeyd edib.
Qubernatorun verdiyi məlumata görə, hazırda oxşar tədbirlər Rusiyanın digər regionlarında da həyata keçirilir. O, vəziyyətə anlayışla yanaşmağı tövsiyə edib.



Baxış sayı: 147


Bölməyə aid digər xəbərlər