Bütün xəbərlər
Rusiya Basketbol yığması yoldaşlıq görüşündə İrana uduzub
Tarix: 28-07-2025 22:58 | Bölmə: Karusel

Rusiya basketbol yığması yoldaşlıq görüşündə İran millisinə 67:70 hesabı ilə uduzub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşma Moskva vilayətinin Ximki şəhərində keçirilib.
Matçın ən məhsuldar oyunçusu 20 xal toplayan iranlı Mohammadsina Vahedi olub. Rusiya komandasına ən çox xalı Aleksandr Şerbenev qazandırıb – 16 xal.
Çərşənbə günü, iyulun 30-da komandalar daha bir oyun keçirəcək. Qarşılaşma Moskva vilayətində də keçiriləcək.
Bundan sonra Rusiya millisi Misirə yollanacaq və avqustun əvvəlində burada yerli milli ilə iki oyun keçirəcək.




Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ