Bütün xəbərlər
Durov on saatlıq sorğu-sualdan sonra Paris məhkəməsini tərk edib
Tarix: 28-07-2025 22:54 | Bölmə: Karusel

Parisdə Telegram messencerinin yaradıcısı Pavel Durovun üçüncü dindirilməsi başa çatıb. İş adamı məhkəmə binasını tərk edib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, dindirmə təxminən on saat davam edib. Durov çıxışda onu gözləyən jurnalistlərin suallarını cavablandırmayıb.
Bundan əvvəl məlum olub ki, Paris prokurorluğu Telegram messencerinin təsisçisinin işi ilə bağlı yeni məlumat verməyə hazır deyil.
Durov ötən ilin avqustunda Parisdə mütəşəkkil cinayətkar qrupun tərkibində qeyri-qanuni əməliyyatlar aparmaq məqsədilə şəbəkə platformasının idarə edilməsində iştirakda şübhəli bilinərək saxlanılıb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ