Bütün xəbərlər
Muzdlu qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edilib
Tarix: 28-07-2025 12:40 | Bölmə: Karusel

Ukrayna Silahlı Qüvvələrinin tərkibində Kursk bölgəsini işğal edən paraqvaylı muzdlu Kristian Rodriqo Karvallo qiyabi olaraq 24 il müddətinə azadlıqdan məhrum edilib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, əcnəbi ilk 4 ilini həbsdə keçirəcək, bundan sonra o, ciddi rejimli cəzaçəkmə müəssisəsinə köçürüləcək. Müddət onun Rusiya sərhədini keçərkən saxlandığı və ya ekstradisiya edildiyi andan hesablanacaq.
TASS xəbər verir ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir. Vəkil dinləmə zamanı “müzdülülük və terrorizmin fərqli şeylər olduğunu” bildirərək Paraqvaylının günahsızlığında israr edir.
Əcnəbi 2024-cü ilin oktyabrında Rusiya vilayətinin ərazisinə daxil olaraq mülki əhaliyə qarşı cinayətlər törədib.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ