Bütün xəbərlər
Yeniyetmələr uşaq meydançasında uşağı döyüblər
Tarix: 28-07-2025 10:29 | Bölmə: Karusel

Luçeqorsk şəhərinin Primorski qəsəbəsində yeniyetmələr uşaq meydançasında uşağı döyüblər.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, polis araşdırma aparır.
Hadisənin videosu sosial şəbəkələrdə yerli icmalarda yayılıb. Görüntülərdə bir qrup azyaşlının qaçmağa çalışan oğlanı döydüyü görünür.
“İstintaqın nəticələrinə əsasən qanuni və əsaslandırılmış qərar veriləcək”, – Rusiya Daxili İşlər Nazirliyinin Primorsk diyarı üzrə Telegram kanalı bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin bütün iştirakçılarının şəxsiyyətini müəyyənləşdirir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ