12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Keçmiş deputat və idmançı keçmiş həyat yoldaşını döydüyünə görə saxlanılıb
Tarix: 27-07-2025 22:46 | Bölmə: Karusel

Gürcüstanda polis əməkdaşları sərbəst güləş üzrə Olimpiya mükafatçısı, respublikanın sabiq deputatı Eldar (Luka) Kurtanidzeni saxlayıblar.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əvvəl Gürcüstanın bir sıra KİV-lərində ilkin olaraq Kurtanidzenin iştirakı ilə video yayılıb. Bildirilir ki, olimpiyaçı Kobuleti kurort şəhərində keçmiş arvadını döyüb.
Sabiq deputata qarşı məişət zorakılığı, mühafizə və ya qətimkan tədbirində nəzərdə tutulmuş tələblərə əməl etməmə maddələri ilə cinayət işi açılıb. Maddələrin hər biri üçün maksimum cəza bir ilədək həbsdir.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ