12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Gecə saatlarında qaçırılan qadının videosu internetdə yayılıb
Tarix: 27-07-2025 22:15 | Bölmə: Karusel

İyulun 27-nə keçən gecə Krasnodarda qəribə hadisə baş verib.Qəhrəman Yatskov küçəsində naməlum şəxslər qadını maşına mindirərək naməlum istiqamətdə yoxa çıxıblar.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "Kub Maş" Telegram kanalı məlumat yayıb.
Hadisə şahidləri küçədə yüksək səslər eşitdiklərini bildiriblər. Sonra bir nəfəri zorla maşına sürüklədiklərini görüblər. Müşahidə kameralarına düşən görüntülər polisə təhvil verilib.
Hazırda hadisə ilə bağlı yoxlama aparılır. İlkin məlumatlara görə, videoda adam oğurluğu yox, qadının hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması əks olunub.




Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər
26-07-2025, 12:36 Növbəti zəlzələ