12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Müsəlmanları təhqir edərək, onlara şüşə atıb
Tarix: 26-07-2025 21:44 | Bölmə: Karusel

Sankt-Peterburqda xoşagəlməz hadisə baş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, evin eyvanında dayanan şəxs müsəlman hesab etdiyi yoldan keçənləri təhqir edib və onlara pivə şüşələri atıb. Bu barədə "Baza" Telegram kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, təcavüzün nədən qaynaqlandığı məlum deyil, lakin vəziyyət sürətlə gərginləşib. Kişi əvvəlcə küçədə insanları təhqir etməklə kifayətlənib, sonra İslam dini ilə bağlı açıqlamalara keçib və sonda nasist salamını xatırladan jest nümayiş etdirib.
Arvad və ya qohum problem yaradanı sakitləşdirməyə çalışsa da, söyüşlər yağmaqda davam edirdi. Aşağıdan keçənlər çaşqın halda baş verənləri izləyirdilər.
Ehtimallara görə, qəza Kommunarov küçəsindəki evdə baş verib.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər
Dünən, 12:36 Növbəti zəlzələ