12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
MAK: "An-24" sistemləri yerə zərbə endirənə qədər nasazlıq olmadan işləyirdi
Tarix: 26-07-2025 12:45 | Bölmə: Karusel

Dövlətlərarası Aviasiya Komitəsinin mütəxəssisləri Amur vilayətində “Anqara” aviaşirkətinə məxsus "An-24" təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  hazırda təyyarə sistemlərinin normal işlədiyi müəyyən edilib. İlkin məlumata görə, yerə dəymə anına qədər heç bir nasazlıq qeydə alınmayıb.
Xəbər verdiyimiz kimi, ötən gecə mütəxəssislər uçuş yazıcılarının konteynerlərindən məlumat daşıyıcılarını çıxarıblar. Parametrik məlumatlar olan maqnit lenti yandı, səs yazıcısı sağ qaldı və onun məzmunu hazırda təhlil edilir.
Xatırladaq ki, Blaqoveşenskdən uçan "An-24" təyyarəsi iyulun 24-də qəzaya uğrayıb. Təyyarə Tynda hava limanından dönərək ağaclarla toqquşub və yerə çırpılıb.
Təyyarədə 48 nəfər olub, qəzadan heç kim sağ çıxmayıb.



Baxış sayı: 39


Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Növbəti zəlzələ