12:36 / 26-07-2025
Növbəti zəlzələ
Bütün xəbərlər
Qaz partlayışı qurbanlarının xatirəsinə matəm günü elan edilib
Tarix: 25-07-2025 22:42 | Bölmə: Karusel

Saratov vilayəti Blinova küçəsindəki yaşayış binasında baş verən qaz partlayışı nəticəsində həlak olanların ailələri ilə birlikdə yas saxlayır. Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bölgənin qubernatoru Roman Busargin iyulun 26-nı matəm günü elan edib.
Bu barədə o, Telegram kanalında yazıb. Şənbə günü rayonda bayraqlar endiriləcək, əyləncə tədbirləri ləğv ediləcək.
"Mən həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - Saratov vilayətinin başçısının bəyanatında deyilir.
İyulun 25-də səhər saatlarında Saratov şəhərinin Blinova küçəsindəki onmərtəbəli binada qaz partlayışı baş verib. Son məlumatlara görə, fövqəladə hadisə nəticəsində 6 nəfər ölüb, daha 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Axtarış-xilasetmə əməliyyatı davam edir. Roman Busargin əmin edib ki, hava qaraldıqdan sonra da iş dayanmayacaq.
Faktla bağlı cinayət işi açılıb.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər
Bu gün, 12:36 Növbəti zəlzələ