Bütün xəbərlər
Məhkəmə "Baza" işi üzrə daha iki polis əməkdaşını həbs edib
Tarix: 24-07-2025 23:24 | Bölmə: Karusel

Moskvanın Zamoskvoretski Rayon Məhkəməsi Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar üzrə növbətçi hissəsinin rəisi Aleksandr Ablayev və Krasnoyarsk Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin baş əməliyyatçısı Sergey Kovalev barəsində həbs qətimkan tədbiri seçib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, hər iki şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluqda ittiham olunur.
Hər iki polis barəsində 1 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalının məlumatına görə, Ablayevin müdafiəsi başqa, daha yumşaq həbs-qətimkan tədbiri seçilməsini istəyib, lakin məhkəmə vəsatəti rədd edib.
Bundan əvvəl həmin məhkəmə Belqorod Daxili İşlər Nazirliyinin 3 saylı Polis İdarəsinin cinayət axtarış şöbəsinin böyük əməliyyatçısı Aleksandr Selivanovu da vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətxorluq ittihamı ilə həbs edib.
Bir gün əvvəl "Baza"Telegram kanalının baş redaktoru Qleb Trifonov nəzarətə götürülüb. Həmin gün nəşrin prodüseri Tatyana Lukyanova həbs edilib. Onlar Rusiyanın bir sıra regionlarından polis əməkdaşlarına rüşvət verilməsi ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslərdir. İstintaq Komitəsinin bildirdiyinə görə, bu iş Belqorod vilayəti, Krasnoyarsk və Krasnodar diyarlarında polis əməkdaşlarının vəzifə səlahiyyətlərindən sui-istifadəsi ilə bağlı işlə bağlıdır.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər