Bütün xəbərlər
Rusiya Futbol İttifaqının əməkdaşı Pavlov SVO-da könüllü olub
Tarix: 24-07-2025 22:46 | Bölmə: Karusel

Rusiya Futbol İttifaqının əməkdaşı Mixail Pavlov xüsusi hərbi əməliyyat üçün könüllü olub, jurnalist İvan Karpov Telegram kanalında yazır.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Pavlov əvvəllər Rusiya milli futbol komandasında təhlükəsizlik zabiti işləyib və uzun illər Rusiya Premyer Liqası (RPL) və Futbol Milli Liqası (indiki Birinci Liqa) ilə əməkdaşlıq edən təhlükəsizlik agentliyinə rəhbərlik edib.
Bundan əlavə, Pavlovun İrkutsk Ali Aviasiya Məktəbini bitirdiyi, eyni zamanda Silahlı Qüvvələrin ehtiyat kapitanı və ağır atletika üzrə idman ustası titulları aldığı bildirilir.



Baxış sayı: 41


Bölməyə aid digər xəbərlər