Bütün xəbərlər
Abxaziya prezidenti Təhlükəsizlik Şurasında dronların ölkə sərhədinin pozulmasını müzakirə edib
Tarix: 24-07-2025 22:28 | Bölmə: Karusel

Abxaziya prezidenti Badra Qunba ölkənin hava məkanının pilotsuz uçuş aparatları tərəfindən pozulması ilə bağlı Təhlükəsizlik Şurasının iclasını keçirib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə respublika başçısının mətbuat xidməti məlumat yayıb.
Qunda ölkənin Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinə Rusiya FTX-nin Abxaziyadakı sərhəd idarəsi ilə əməkdaşlığı gücləndirməyi tapşırıb.
"Bir neçə pilotsuz uçan aparat tərəfindən Abxaziyanın hava məkanının pozulması qeydə alınıb. Dövlət başçısı bu faktla bağlı təhlükəsizlik orqanlarının rəhbərlərinin məlumatını dinləyib", - mətbuat xidmətinin Teleqram kanalında qeyd olunub.
Görüşdə Abxaziyanın kritik infrastrukturunun Rusiya ilə əməkdaşlıq çərçivəsində mühafizəsinin təmin edilməsi məsələsi də müzakirə olunub.
İyulun 24-nə keçən gecə növbətçi olan Rusiya hava hücumundan müdafiə sistemləri üç regionda - Qara və Azov dənizlərində və Krasnodar diyarında Ukraynaya məxsus 39 pilotsuz təyyarəni məhv edib.



Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər