Bütün xəbərlər
Amur vilayətində itən "An-24"ün ekipajı qəza siqnalı göndərməyib
Tarix: 24-07-2025 10:37 | Bölmə: Karusel

Amur vilayətində itkin düşən "An-24" təyyarəsinin pilotları uçuş zamanı dispetçerlərə heç bir problem barədə məlumat verməyiblər.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, TASS-ın fövqəladə hallar xidmətinə istinadən verdiyi xəbərə görə, təyyarənin ekipajı heç bir texniki problem barədə məlumat verməyib və qəza siqnalları göndərməyib.
Xatırladaq ki, təyyarə Blaqoveşenskdən Tyndaya uçurdu, göyərtəsində 49 nəfər: 43 sərnişin, o cümlədən beş uşaq və altı ekipaj üzvü olub.
Təyyarənin itdiyi əraziyə xilasedicilər göndərilib, axtarış əməliyyatı təşkil olunub.



Baxış sayı: 52


Bölməyə aid digər xəbərlər