Bütün xəbərlər
Rusiya və Ukrayna arasında İstanbulda keçirilən danışıqların üçüncü raundu başa çatıb
Tarix: 23-07-2025 23:12 | Bölmə: Karusel

Rusiya və Ukrayna münaqişənin həlli üçün İstanbulda danışıqların üçüncü raundunu başa vurub.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, tam tərkibdə danışıqlar Moskva vaxtı ilə saat 20:37-də başlayıb və təxminən 40 dəqiqə davam edib.
Danışıqlardan əvvəl Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rustem Umerov, həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında üçtərəfli görüş keçirilib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, görüş zamanı tərəflər memorandum layihələrini müzakirə edəcəklər. Onun sözlərinə görə, Moskva bu danışıqlarda hər hansı böyük irəliləyiş gözləmir.
Danışıqların ikinci raundundan bəri Rusiya nümayəndə heyətinin tərkibi dəyişməz qalıb, Ukrayna tərəfi isə iki yeni üzvlə: ölkə ombudsmanının nümayəndəsi və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının nümayəndəsi ilə tamamlanıb.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər