Bütün xəbərlər
İstanbulda Medinski, Umerov və Fidanın üçtərəfli görüşü baş tutub
Tarix: 23-07-2025 22:58 | Bölmə: Karusel

Çərşənbə günü, iyulun 23-də İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərinin rəhbərləri Vladimir Medinski və Rüstəm Umerov, eləcə də Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, üçtərəfli görüş Rusiya və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar başlamazdan əvvəl baş tutub.
"Danışıqlar başlamazdan əvvəl Medinski, Umerov və Fidanın hazırlıq görüşü baş tutub", - agentlik öz mənbəsinə istinadən yazıb.
Bundan əvvəl iyulun 23-də Medinski ilə Umerovun İstanbuldakı Çırağan sarayında görüşdüyü məlum olub.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl bildirib ki, danışıqların üçüncü raundunda Rusiya və Ukrayna nümayəndə heyətləri Ukraynadakı münaqişənin nizamlanmasına dair memorandum layihələrini müzakirə edəcəklər. Eyni zamanda, Peskov qeyd edib ki, Moskva bu danışıqlarda hər hansı böyük irəliləyiş gözləmir.



Baxış sayı: 43


Bölməyə aid digər xəbərlər