15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Nəqliyyat naziri korrupsiya işi üzrə həbs edilib
Tarix: 22-07-2025 20:56 | Bölmə: Karusel

Moskvanın Basmannı rayon məhkəməsi Novqorod vilayətinin nəqliyyat və yol təsərrüfatı naziri Konstantin Kuranovu xüsusilə külli miqdarda rüşvət almaqda şübhəli bilərək həbs edib.
 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb. Qeyd olunur ki, Kuranov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan cinayəti törətməkdə ittiham olunur. Bundan əvvəl keçmiş nazir Stanislav Şultsev də analoji ittihamla həbs edilmişdi.
Məhkəmənin qərarı iyulun 22-də qüvvəyə minib.
Konstantin Kuranov 2022-ci ilin iyul ayından regional nazirliyə rəhbərlik edir, bundan əvvəl Novqorodavtordorda işləyib. Korrupsiya qalmaqalı fonunda yerli fəallar indiyədək kadrlarla bağlı qərarlar verməkdən çəkinən qubernator səlahiyyətlərini icra edən Aleksandr Dronovun istefasını tələb edirlər: “İstintaq başa çatdıqdan sonra nəticə çıxaracağıq”.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər