15:09 / 22-07-2025
4 nəfər ölüb
Bütün xəbərlər
Jurnalist Yuri Dud iki ay müddətinə qiyabi həbs edilib
Tarix: 22-07-2025 20:52 | Bölmə: Karusel

Moskvanın Basmannı məhkəməsi bloqer Yuri Duda (Rusiya Ədliyyə Nazirliyinin xarici agentlərin reyestrinə daxil edilib) beynəlxalq axtarış elan edildiyini təsdiqləyib.

  Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki səbəb Rusiya qanunvericiliyində belə statusa malik şəxslər üçün nəzərdə tutulmuş vəzifələrdən yayınmadır.
Bundan əvvəl Moskvanın Basmannı rayon məhkəməsi jurnalist Yuri Dudun ekstradisiyası və ya Rusiyada saxlanması halında onun iki ay müddətinə həbs edilməsi barədə qərar çıxarıb.
Bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin Telegram kanalı məlumat yayıb. Qeyd olunur ki, həbs-qətimkan tədbiri xarici agentlər haqqında qanunvericilikdə nəzərdə tutulmuş vəzifələrin icrasından yayınma (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsinin 3-cü hissəsi) üzrə seçilib.
Dud xarici agentlərin reyestrinə daxil edilmiş şəxslərlə bağlı qanunvericiliyin tələblərini pozmaqda ittiham olunur. Məhkəmənin qərarı o deməkdir ki, jurnalist Rusiyada görünsə, dərhal həbs olunacaq.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər