Bütün xəbərlər
TikTok ulduzu Ceyk Larson 102 yaşında vəfat edib
Tarix: 21-07-2025 22:26 | Bölmə: Karusel

Ömrünün son illərində TikTok ulduzuna çevrilən amerikalı D-Day veteranı Ceyk Larson 102 yaşında vəfat edib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun ölümünü yaxınları açıqlayıb.
CBS-nin xəbərinə görə, Larson "1944-cü ildə Normandiya qayalıqlarında almanların atəşindən" sağ çıxdı.
"Ömrünün sonlarında İkinci Dünya Müharibəsi və həlak olmuş yoldaşlarının hekayələrini paylaşaraq 1,2 milyon TikTok izləyicisi toplayan D-Day veteranı 'Papa Jake' Larson 102 yaşında vəfat etdi"-qohumları deyib.
Jake Larson 1922-ci ildə Minnesota ştatında anadan olub. 1944-cü ilin yayında o, artıq Normandiya sahillərinə hücum edən Müttəfiq qoşunları arasında idi.
Larson İkinci Dünya Müharibəsi ilə bağlı xatirələrini bölüşmək üçün TikTok hesabı yaradıb. Amerikalı veteranın hekayələri böyük tamaşaçı kütləsi toplayıb.
"Associated Press" xəbər verir ki, Larsonun ailəsi veteranın iyulun 17-də ABŞ-ın Kaliforniya ştatının Lafayette şəhərindəki evində dünyasını dəyişdiyini bildirib.



Baxış sayı: 27


Bölməyə aid digər xəbərlər