Bütün xəbərlər
Metropoliten Entoni Papa ilə görüşəcək
Tarix: 21-07-2025 19:07 | Bölmə: Karusel

Moskva Patriarxlığının Xarici Kilsə Əlaqələri İdarəsinin (DECR) sədri Volokolamsk mitropoliti Entoni şənbə günü, iyulun 26-da Papa XIV Leo ilə görüşəcəyini açıqlayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, o, RİA Novosti-yə qarşıdakı görüş barədə danışıb.
"Roma Papası ilə görüşüm planlaşdırılır. Onun iyulun 26-da baş tutacağı gözlənilir", - metropoliten bildirib.
Papa XIV Leo rəsmi olaraq 2025-ci ilin mayında vəzifəyə başlayıb. Metropolitan Entoni əvvəlki Papa Fransisk ilə 2024-cü ilin yayında görüşüb.



Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər