Bütün xəbərlər
Baş Prokurorluq Roza Lüksemburq Fondunu Rusiyada arzuolunmaz elan edib
Tarix: 21-07-2025 19:00 | Bölmə: Karusel

Almaniyanın qeyri-hökumət təşkilatı (QHT) Roza Lüksemburq Fondu Rusiyada arzuolunmaz elan edilib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Nəzarət qurumu bəyan edib ki, QHT Rusiya Federasiyasında etiraz əhval-ruhiyyəsinin formalaşdırılması və gənclərin radikallaşması, habelə Rusiyanın dövlət orqanlarının nüfuzdan salınması ilə məşğuldur.
“Rusiya Federasiyasının Baş Prokurorluğu “Rosa-Lüksemburq-Stiftung Gesellschaftsanalyse und politische Bildung e.V.” xarici qeyri-hökumət təşkilatının Rusiya Federasiyasında fəaliyyətini arzuolunmaz hesab etmək qərarına gəlib”, - deyə, məlumatda bildirilir.
Baş Prokurorluq vurğuladı ki, fond müntəzəm olaraq Rusiya Federasiyasında arzuolunmaz elan edilmiş xarici agentlərin və digər xarici və beynəlxalq QHT-lərin materiallarını yayır.
Roza Lüksemburq Fondu 1990-cı ildə Almaniyada yaradılıb. Təşkilat bildirir ki, məqsədi ölkə daxilində və xaricdə “siyasi maarifləndirmə”dir.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər