Bütün xəbərlər
Velosipedçi ata toqquşub, motosikletin 14 yaşlı sərnişini ölüb
Tarix: 21-07-2025 09:46 | Bölmə: Karusel

Omsk vilayətində at və motosikletin toqquşması nəticəsində baş verən yol qəzasında 14 yaşlı qız ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  vilayət prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq müəyyən edilib ki, iyulun 20-də axşam saatlarında Novovarşavski rayonunun Lyubovski kəndinin girişindəki yolda 26 yaşlı motosikletçi qəfildən yolun kənarına çıxan ata çırpılıb.
"Qəza nəticəsində onun motosikletdə sərnişin olan 14 yaşlı əmisi oğlu dünyasını dəyişib", - nəzarət agentliyinin Telegram kanalı aydınlıq gətirib.
Ağır bədən xəsarətləri alan bayker rayon xəstəxanasına çatdırılıb.
Prokurorluq qəzanın baş vermə şəraitinin araşdırılmasını nəzarətə götürüb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər