Bütün xəbərlər
Zəlzələdən sonra uşaq klinikasında çatlar əmələ gəlib
Tarix: 21-07-2025 09:28 | Bölmə: Karusel


Kamçatkada baş verən zəlzələ nəticəsində uşaq klinikasının tavanında çatlar əmələ gəlib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bununla belə, ziyarətçilər üçün heç bir təhlükə yoxdur, bu barədə vilayətin qubernatoru Vladimir Solodov Telegram kanalında məlumat verib.
Daha bir neçə binada da çatlar qeydə alınıb.
“Yükdaşıyan konstruksiyalara heç bir ziyan dəyməyib. Aşkar edilmiş çatlardan başqa, yoxlama zamanı başqa zədə aşkar edilməyib”, - məlumatda deyilir.
Region Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb müəssisələri adi rejimdə işləyir.
İyulun 20-də maqnitudası 7,6-ya çatan silsilə zəlzələlər baş verib. Bildirilib ki, Avaça vulkanı təkanlara cavab verib. Yaxın günlərdə Kamçatka ərazisinin bütün sosial əhəmiyyətli obyektləri yoxlanılacaq və zəruri hallarda operativ şəkildə təmir işləri aparılacaq.



Baxış sayı: 31


Bölməyə aid digər xəbərlər