Bütün xəbərlər
Fermada baş verən yanğında 5 nəfər ölüb
Tarix: 21-07-2025 09:23 | Bölmə: Karusel

Orenburqun Peschanoye kəndində heyvandarlıq fermasında baş verən yanğında 5 nəfər ölüb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, yanğın nəticəsində ümumi sahəsi 120 kvadratmetr olan tikililər yanıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri yanğını söndürərkən beş qurbanın cəsədini tapıblar, onların şəxsiyyəti müəyyənləşdirilir", - regional idarənin məlumatında deyilir.
Rusiya Fövqəladə Hallar Nazirliyinin 13 mütəxəssisi və 6 texnikası yanğınla mübarizə aparıb.İlkin məlumata görə, yanğına səbəb siqaret çəkmədə ehtiyatsızlıq olub.



Baxış sayı: 30


Bölməyə aid digər xəbərlər