Bütün xəbərlər
5,1 bal gücündə zəlzələ baş verib
Tarix: 20-07-2025 21:29 | Bölmə: Karusel

Buryatiyanın şimalında 5,1 bal gücündə zəlzələ baş verib.

 Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki,  bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsi məlumat yayıb.
Yeraltı təkanlar iyulun 20-də, bazar günü axşam saatlarında Bauntovski Evenki rayonu ərazisində qeydə alınıb.
Departamentin yaydığı məlumatda deyilir: "Həyat təminatı obyektləri normal rejimdə işləyir".
Zəlzələnin episentri Bağdarin kəndi yaxınlığında yerləşib. Vahid Növbətçi Dispetçer Xidmətinin məlumatına görə, yerli sakinlər seysmik aktivlik hiss etməyiblər.



Baxış sayı: 28


Bölməyə aid digər xəbərlər