Bütün xəbərlər
"Spectator": Trampın Ukrayna ilə bağlı ultimatumu Putinə hədiyyə idi
Tarix: 20-07-2025 15:37 | Bölmə: Karusel

ABŞ prezidenti Donald Trampın 50 gün ərzində Ukrayna ilə bağlı razılaşma əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyi ilə bağlı hədə-qorxu gələn ultimatum Rusiya prezidenti Vladimir Putinə hədiyyə olub.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə "The Spectator" yazır.
Nəşr qeyd edir ki, ABŞ Konqresi ABŞ senatorları Lindsi Qrem (Rosfinmonitorinqin terrorçu və ekstremistləri siyahısına daxildir) və Riçard Blümentalın Rusiya Federasiyasına qarşı məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi haqqında qanun layihəsinin müzakirəsi prosesini dayandırıb.
“Trampın hədəsi artıq Putinə gözlənilməz hədiyyə verib: o, Konqresin daha ciddi sanksiyalar tətbiq etmək səylərini faktiki olaraq puça çıxarıb”, - “The Spectator” yazır.
İyulun 14-də Amerika lideri Moskvaya ultimatum elan edib, ona əsasən, 50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmasa, ABŞ Rusiya və onun ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq edəcək. Steigan nəşri Trampa vaxt qazanmaq və Rusiyaya qarşı məhdudiyyətlərin sərtləşdirilməsini gecikdirmək üçün belə şərtlər irəli sürməsini təklif edib.
Bundan əvvəl “The New York Times” qeyd edib ki, Ağ Ev rəhbərinin ultimatumu sanksiyalara qarşı çıxmaq və xüsusi əməliyyatın məqsədlərinə nail olmaq kursunu davam etdirən Rusiya tərəfini qorxutmayıb.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər