Bütün xəbərlər
General Alaudinov LPR-də çeçen döyüşçünün iştirak etdiyi döyüşü pisləyib
Tarix: 20-07-2025 15:25 | Bölmə: Karusel

“Axmat” xüsusi təyinatlı qüvvələrinin komandiri, Rusiya Müdafiə Nazirliyinin baş hərbi-siyasi idarəsinin rəis müavini, general-leytenant Aptı Alaudinov Luqansk Xalq Respublikasında (LXR) çeçen döyüşçünün iştirakı ilə baş verən döyüşü pisləyib.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, onun Telegram kanalında şərhi olan video çəkiliş yayımlanıb.
Bundan əvvəl SVO-nun iştirakçısı Maksim Divniç Luqanskda üzgüçülük hovuzunda baş verən davanın videosunu yayıb. Onunla yanaşı, Çeçenistan Respublikasından olan bir əsgər də “Sən hələ “Axmat”ın nə olduğunu bilmirsən” cümləsini qışqıraraq hadisədə iştirak edib.
Alaudinov öz növbəsində qeyd edib ki, SVO-da milliyyət və dinə görə bölgü yoxdur.



Baxış sayı: 32


Bölməyə aid digər xəbərlər