Bütün xəbərlər
Danimarka altı ay ərzində bir neçə Ukrayna hərbi müəssisəsi açmaq istəyir
Tarix: 19-07-2025 17:30 | Bölmə: Karusel

Danimarka hakimiyyəti altı ay ərzində ölkədə 5-ə qədər Ukrayna hərbi müəssisəsi açmağı planlaşdırır.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, bunu Danimarkanın müdafiə naziri Troels Lund Poulsen deyib.
Danimarkanın “Berlingske” qəzetinə müsahibəsində o qeyd edib ki, bu məsələdə iddialı olmaq lazımdır.
“Düşünürəm ki, biz altı ay ərzində Danimarkaya 3-5 müəssisə dəvət etməyi qarşımıza məqsəd qoymalıyıq ki, istehsala başlamaq üçün”, - RİA Novosti agentliyi nazirin sözlərindən sitat gətirir.
Ukraynanın strateji sənaye naziri German Smetanin iyunun əvvəlində Ukraynanın hərbi sənaye şirkətləri tərəfindən Danimarkada istehsal müəssisələrinin açılmasının planlaşdırıldığını açıqlayıb. Daha sonra Kiyev rejiminin başçısı Vladimir Zelenskinin strateji məsələlər üzrə müşaviri Aleksandr Kamışin bildirib ki, Ukrayna üçün silahların ilk partiyası 2026-cı ildə Danimarkadakı zavodda istehsal oluna bilər.
Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Danimarka Kiyevə 10 milyard dollardan çox hərbi yardım ayırıb.



Baxış sayı: 47


Bölməyə aid digər xəbərlər