Bütün xəbərlər
"Bavariya" Musialanın fibulasının sınığını təsdiqləyib
Tarix: 06-07-2025 18:30 | Bölmə: Karusel

"Bavariya" komandasının futbolçusu Camal Musialanın ayağının sınması ilə bağlı rəsmi açıqlama yayıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Musiala klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə görüşdə zədələnib. Birinci hissənin sonunda top uğrunda mübarizə aparan Camal parisli qapıçı ilə toqquşub, daha sonra ayağı qeyri-təbii şəkildə bükülərək meydana yıxılıb.
"Tibbi ekspertiza göstərdi ki, futbolçunun ayaq biləyinin çıxması nəticəsində fibula sınığı olub", - Almaniya komandası rəsmi saytında bildirib.
Klubdan bildirilib ki, idmançı artıq Orlandodan Münhenə uçub və tezliklə əməliyyat olunacaq.
Xatırladaq ki, görüş PSJ-nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Parislilər Klublararası Dünya Çempionatında "Real Madrid"lə qarşılaşacaqları yarımfinala yüksəlib.



Baxış sayı: 34


Bölməyə aid digər xəbərlər