Bütün xəbərlər
“Lokomotiv” və ÇSKA gənclər komandaları arasında keçirilən oyun kütləvi dava ilə yekunlaşıb
Tarix: 06-07-2025 17:47 | Bölmə: Karusel

Gənclər Futbol Liqasının (YFL) Moskvanın “Lokomotiv” və ÇSKA komandaları arasında keçirilən oyunu kütləvi dava ilə yekunlaşıb.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, oyun şənbə günü, iyulun 5-də, Moskvadakı Sapsan Arenanın meydançasında baş tutub. Görüş 2:1 hesabı ilə “orduçular”ın xeyrinə başa çatıb.
RİA Novosti-nin məlumatına görə, final fitindən dərhal sonra 40-dan çox insanın - futbolçuların, əvəzedicilərin və məşqçilər korpusunun üzvlərinin iştirak etdiyi dava baş verib.
Meydanda baş verən münaqişə nəticəsində görüşün protokoluna əsasən, səkkiz futbolçu qırmızı vərəqə alıb - beş ÇSKA və üç "Lokomotiv" futbolçusu.
YFL-1 cədvəlində 13 turdan sonra ÇSKA 32 xalla ikinci, “Lokomotiv” isə 31 xalla bir pillə aşağıda yer alır. "Almaz Antey" liderdir (35 xal).



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər