Bütün xəbərlər
Klublararası dünya çempionatının 1/4 finalında "Real Madrid" "Borussiya"nı məğlub edib
Tarix: 06-07-2025 09:06 | Bölmə: Karusel

İspaniyanın “Real Madrid” klubu klublararası dünya çempionatının 1/4 finalında Dortmund “Borussiya”sına qalib gəlib.

Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, qarşılaşma 3:2 hesabı ilə "qaymaqlılar"ın xeyrinə başa çatıb.
Madridin heyətində Qonsalo Qarsiya, Fran Qarsiya və Kilian Mbappe fərqlənib. İkinci hissəyə əlavə olunmuş vaxtın altıncı dəqiqəsində penaltini qola çevirən Maksimilian Bayer və Serou Qirassi Dortmund futbolçuları arasında fərqləniblər.
Qarşılaşma İst Ruterfordda (Nyu Cersi, ABŞ) baş tutub.
Klublararası dünya çempionatının yarımfinalında “Real Madrid” Çempionlar Liqasının hazırkı qalibi PSJ ilə qarşılaşacaq. Fransa klubu bundan əvvəl 1/4 finalda Almaniyanın "Bavariya"sına 2:0 hesabı ilə qalib gəlib.



Baxış sayı: 35


Bölməyə aid digər xəbərlər