Bütün xəbərlər
Lənkəranda narkotik vasitəni daxili orqanda gizlətmə ölümlə nəticələnib
Tarix: 19-03-2019 23:39 | Bölmə: Karusel

                                          


                                             

Lənkəran şəhərində narkotik vasitədən ölüm hadisəsi baş verib.
'Report"un Cənub bürosunun məlumatına görə, İrandan Azərbaycana qayıdan Lənkəran rayon Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Qabil İsmayıl oğlu Bağırovun səhhəti qəfil pisləşib.
Əldə etdiyimiz məlumata görə, Q.Bağırov Astara sərhəd-buraxılış məntəqəsindən keçərkən narkotik vasitəni daxili orqanında gizlədərək gömrük nəzarətindən yayınmaq istəyib. Lakin narkotik vasitə orqanizmə nüfuz etdiyindən ölümə səbəb olub.
Q.Bağırovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 330


Bölməyə aid digər xəbərlər