10:27 / 29-06-2025
Alovlanan katamaran batıb
Bütün xəbərlər
Zaxarova: "İki saatdan artıqdır ki, Bakıda rusiyalı jurnalistlərlə əlaqə yoxdur"
Tarix: 30-06-2025 15:42 | Bölmə: Karusel

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib ki, Rusiya Azərbaycanda rusiyalı jurnalistlərlə təmasların olmamasından narahatdır.
Sabaha-inamla.az rus mətbuatına istinadən xəbər verir ki, Zaxarovanın sözlərinə görə, Rusiya diplomatları iki saatdan çoxdur ki, Bakıda jurnalistlərlə - Rusiya vətəndaşları ilə əlaqə saxlaya bilmirlər.
"Rusiya səfirliyinin konsulluq şöbəsinin əməkdaşlarına rusiyalı jurnalistlərlə görüşə icazə verilmir. Onlar belə hərəkətlərin səbəbləri barədə məlumat vermirlər. Biz jurnalistlərimizdən narahatıq".
Zaxarova vurğulayıb ki, Rusiya diplomatik missiyası Azərbaycanın Xarici İşlər Nazirliyinə, Daxili İşlər Nazirliyinə və ölkənin Dövlət Təhlükəsizlik Xidmətinə sorğu göndərib, lakin hələlik cavab yoxdur.
Bundan əvvəl Rusiyanın “Sputnik-Azərbaycan” agentliyinin ofisində istintaq-əməliyyat tədbirləri aparıldığı bildirilirdi. RT telekanalının və "Russia Today" media qrupunun baş redaktoru Marqarita Simonyan Rusiya səfirlərinin agentliyin binasına getdiyini bildirib.



Baxış sayı: 36


Bölməyə aid digər xəbərlər
29-06-2025, 10:27 Alovlanan katamaran batıb